Modern.az

Nyu-Yorkda Zəfər Günü münasibətilə aksiya keçirildi - FOTO

Nyu-Yorkda Zəfər Günü münasibətilə aksiya keçirildi - FOTO

8 Noyabr 2023, 12:43

Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurumun dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED-ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

 

Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki mina probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi şüar və çağırışlar nümayiş etdirilib.

 

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Azərbaycan barədə əlavə məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər