Modern.az

Almaniyadakı Azərbaycanlı həkimlərin forumu təqdirəlayiq hadisədir

Almaniyadakı Azərbaycanlı həkimlərin forumu təqdirəlayiq hadisədir

Diaspor

23 Noyabr 2023, 11:30

“Bu günlərdə Almaniyanın Berlin şəhərində keçirilmiş Azərbaycanlı Həkimlərin II Forumunu təqdirəlayiq hadisə kimi qiymətləndirmək lazımdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudov deyib. 

 

Deputat bildirib ki, forumun xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasını yüksək dəyərləndirir: “Çünki birmənalı şəkildə müstəqil Azərbaycan dövlətinin varlığı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və forumun təşkilatçılarına, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinə, TƏBİB-ə azərbaycanlı həkimlərin adına keçirilmiş bu tədbirə görə təşəkkürlər düşür”.

 

R.Mahmudov qeyd edib ki, həm SSRİ rəhbərliyində təmsil olunduğu illərdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev gənclərimizin inkişafına xüsusi diqqət ayırır, xaricdə təhsili fəaliyyətinin əsas istiqaməti kimi daim nəzarətdə saxlayırdı: “Nəticə göz qabağındadır. Bu gün Rusiya, Türkiyə və Almaniya başda olmaqla bir çox ölkələrdə tibbin müxtəlif sahələrində təmsil olunan həkimlərimiz ayrı-ayrı mövzularda elmi yanaşmalarını ortaya qoyur, ixtiraları və kəşfləri barədə dünyanı məlumatlandırır, təkliflər verirlər. Elmi yanaşmaları və icra etdikləri işlərlə dünya səhiyyə sisteminin diqqət mərkəzinə düşürlər. Bu, bütövlükdə Azərbaycan səhiyyəsinin uğurudur. Hesab edirəm ki, bu baxımdan Almaniyada keçirilən Azərbaycanlı Həkimlərin II Forumu mühum əhəmiyyət kəsb etdi və alqışlanası hadisəyə çevrildi. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu forum xaricdə fəaliyyət göstərən həkimlərimizin, tibb sahəsində çalışan elm xadimlərimizin peşəkarlığına, dünya təcrübəsi ilə vəhdətdə olmasına kömək göstərməklə yanaşı, onların Azərbaycan adına daha da sıx şəkildə birləşməsinə, diasporumuzun inkişafına və ölkəmizin təbliğinə mühüm töhfələrini verəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir