Modern.az

Beynəlxalq konfrans iştirakçıları Şuşada - FOTO

Beynəlxalq konfrans iştirakçıları Şuşada - FOTO

Diaspor

29 Noyabr 2023, 11:24

Bakıda “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər ediblər.

 

Modern.az xəbər verir ki, qonaqlar yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və post-müharibə dövründə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olub.

 

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

 

Qonaqlar “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət ediblər. Qonaqlara Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə ev sahibliyi etdiyi barədə məlumat verilib. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok