Modern.az

Beynəlxalq konfransının iştirakçıları mətbuat konfransı keçiriblər - FOTO

Beynəlxalq konfransının iştirakçıları mətbuat konfransı keçiriblər - FOTO

Diaspor

29 Noyabr 2023, 17:24

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ beynəlxalq konfransının iştirakçıları mətbuat konfransı keçiriblər.

 

Modern.az xəbər verir ki, tədbiri Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayıl açaraq bildirib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və “Qızılbaş” Qlobal İrsi Təşkilatının birgə dəstəyi ilə baş tutan konfrans “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirilib: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında proqram xarakterli tarixi çıxışında dünya azərbaycanlılarını tarixi vətənləri əlaqələrini gücləndirməyə, ana dilini unutmamağa çağırmışdı. Konfrans iştirakçıları dünən mədəniyyət paytaxtımız Şuşaya səfər edib, Ermənistanın Qarabağda tarixi-mədəniyyət abidələrimizə qarşı törətdiyi vandallıqların şahidi olublar. Hesab edirəm ki, bu konfrans  tarixi vətənlərini görməyə can atan qızılbaş soydaşlarımızı bir araya gətirmək, onların Azərbaycanla əyani tanışlığını təmin etmək, beləliklə, dünyanın müxtəlif bölgələrində yaşayan Azərbaycana bağlı insanların sayını və ölkəmizin beynəlxalq aləmdə etibarını artırmaq, 30 illik işğal müddətində ermənilərin həyata keçirdiyi vandalizm fəaliyyətinin nəticələrini qızılbaş soydaşlarımıza nümayiş etdirmək,  Azərbaycan tarixinin şanlı səhifəsi olan qızılbaş irsinin daha geniş miqyasda öyrənilməsi və təbliği ilə ilə bağlı atılacaq addımları təhlil etmək baxımından da faydalı olacaq”. 

 

“Qızılbaş” Qlobal İrsi Təşkilatının rəhbəri Babək Hüseynli qurumun yaranma tarixi və səbəbləri barədə məlumat verib. Qeyd edib ki, konfransda Azərbaycan qızılbaş diasporunun 20-yə yaxın nüfuzlu nümayəndəsi və Türkiyə, Kanada, Sinqapur, Pakistan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya kimi ölkələrdən Azərbaycanın qızılbaş irsinin tədqiqatı ilə məşğul olan tanınmış mütəxəssislər iştirak edib.

 

Daha sonra konfrans iştirakçıları tədbir və Azərbaycana səfərlə bağlı təəssüratlarını bölüşüblər.

 

Mətbuat konfransı jurnalistlərin suallarının cavablandırılması ilə başa çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Əsir hərbçimizlə bağlı şok məlumat: Həbs olunur?