Modern.az

ABŞ mətbuatı ermənilərin antisemitizmindən bəhs edib

ABŞ mətbuatı ermənilərin antisemitizmindən bəhs edib

Diaspor

4 Dekabr 2023, 18:04

“Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən yeganə sinaqoq olan Mordexay Navi sinaqoqu fələstinlilərlə əlaqələri ilə tanınan erməni terror təşkilatı ASALA tərəfindən yandırılıb. “Molotov kokteyli” ilə hücum olunan sinaqoq dağıdılıb, hücum edənlər “Yəhudilər erməni xalqının düşmənləridir” şüarını səsləndiriblər”.

 

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ABŞ-ın populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.

 

“Niyə biz bütün dünyada antisemitizmə etiraz etməliyik?” sərlövhəli məqalədə Antidiffamasiya Liqasının məlumatına istinadən Ermənistanın Avropanın ən antisemit ölkələri siyahısında ikinci yerdə qərarlaşdığı diqqətə çatdırılıb.

 

Eyni zamanda qeyd olunub ki, HƏMAS-ın cari ilin 7 oktyabrında mülki israillilərə qarşı törətdiyi qətliamdan sonra erməni terror təşkilatı ASALA yenidən bir gücə çevrilib. 1970-1980-ci illərdə Türkiyə diplomatlarını hədəfə alan bu təşkilatın fələstinlilərlə uzunmüddətli əməkdaşlıq tarixinə malik olduğununa diqqət çəkən müəllif 1972-ci ildə Münhen Olimpiadasında israilli idmançıları qətlə yetirən terrorçuların lideri Əbu İyadın 1975-ci ildə ASALA-nın qurulmasına kömək etdiyini vurğulayıb.

 

Azərbaycanda tarixən antisemitizmin mövcud olmadığı və yəhudilərin ölkəmizdə təhlükəsiz şəraitdə yaşadığı vurğulanan məqalədə qeyd olunub ki, İranın Bakıdakı İsrail səfirliyinə hücum cəhdinin qarşısını alan Azərbaycan təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarına və ya diplomatlarına hər hansı zərərin vurulmasına icazə verməyəcəkləri barədə bəyanat verib. Müəllif digər ölkələri də Azərbaycandan nümunə götürmyə, terrora və nifrətə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

 

//www.jewishpress.com/indepth/opinions/why-we-must-protest-against-anti-semitism-worldwide/2023/11/29/

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok