Modern.az

“Vətən uzaqda deyil”in növbəti buraxılışı - VİDEO

“Vətən uzaqda deyil”in növbəti buraxılışı - VİDEO

Diaspor

5 Dekabr 2023, 18:08

Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” verilişinin növbəti buraxılışı “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusuna həsr olunub.

 

Verilişdə ümummilli liderin xaricdəki Azərbaycan icmaları ilə görüşləri, diasporun təşkilatlanması istiqamətində aparılan işlər geniş yer alıb.

 

Proqramda görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin diasporun inkişafı, soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, Azərbaycana, tarix və mədəniyyətimizə bağlılıqları, türkdilli diasporların birgə fəaliyyəti və bir sıra başqa məsələlərlə bağlı fikirləri arasında paralellik aparılıb. Eyni mövzulara münasibətdə eyni yanaşmaların ortaya qoyulması ölkəmizin diaspor siyasətinin zəncirvari xarakter daşıdığını, ulu öndərin tövsiyələrinin reallaşdığını, xaricdə yaşayan soydaşlarımızla bağlı müəyyən olunmuş xəttin bu gün uğurla davam etdirildiyini əks etdirir.

 

Heydər Əliyevin xarici səfərləri zamanı görüşdüyü soydaşlarımızın maraqlı xatirələri də verilişdə yer alıb.

 

İctimai TV-də yayımlanan “Vətən uzaqda deyil” verilişini aşağıdakı linkdən izləmək olar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok