Modern.az

Litvada azərbaycanlı rəssamın sərgisi təşkil edilib - FOTO

Litvada azərbaycanlı rəssamın sərgisi təşkil edilib - FOTO

12 Dekabr 2023, 16:14

Litvanın Klaypeda şəhərindəki konsert salonunda Azərbaycan Mədəniyyət Günü çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun fərdi rəsm sərgisi keçirilib.

 

“Azeris” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, ukrayna, latış, yəhudi, alman, tatar, belarus icmalarının nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

Tədbir iştirakçılarını “Azeris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədov salamlayıb.

 

Azərbaycanın zəngin mədəniyyəti barədə qonaqlara məlumat verildikdən sonra Rövşən Nur öz yaradıcılığından və təqdim etdiyi əsərlərdən danışıb.

 

Litva Seyminin deputati Ligita Girskiene və başqaları sərginin keçirilməsi münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan icmasının Klaypedadakı fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Tədbirin gedişində Rövşən Nur ənənəsinə sadiq qalaraq yeni rəsm əsəri çəkib və “Azeris” təşkilatına hədiyyə edib.

 

Tədbirin bədii hissəsində Azərbaycan icmasının üzvü Rafael Rəsulov (tar), Azərbaycan həftəsonu məktəbinin məzunu Andrey Vostryakov (saksafon), Məhəmməd və Mahmud Məmmədovlar (skripka) və “Meliha” rəqs studiyasının solistlərinin ifasında konsert proqramı təqdim edilib.

 

Tədbir çərçivəsində milli geyimlərin nümayiş olunduğu guşədə qonaqlar üçün fotozona təşkil edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok