Modern.az

Berlində kikboksinq üzrə turnir keçirilib - FOTO

Berlində kikboksinq üzrə turnir keçirilib - FOTO

Diaspor

13 Dekabr 2023, 15:24

Almaniyanın paytaxtı Berlində “Heydər Əliyev İli” çərçivəsində kikboksinq üzrə “Heydər Əliyev Kuboku” adlı turnir keçirilib.

 

Turnir Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Məclisin Gənclər və İdman Komitəsi, Gənclər və İdman Nazirliyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Heydər Əliyev adına Dünya Boks Komitəsi (WBCA) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.

 

Yarışın açılış mərasimində Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev çıxış edib. Bildirib ki, indiki qüdrətli Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Dahi şəxsiyyətin bütün sahələrə, xüsusilə də gənclər və idman sahəsinə göstərdiyi yüksək qayğıdan, gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsi, idmanda kütləviliyin təmin olunması üçün gördüyü işlərdən danışıb. Bu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla inkişaf etdirildiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu vurğulayıb, xaricdə yaşayan gəncləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində fəal olmağa dəvət edib.

 

Sonra ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimdə Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (“WAKO”) prezidenti Roy Baker, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev çıxış ediblər. Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işlər, ölkəmizdə idmana göstərilən qayğı, dövlətimizin beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməsi, milli kikboksçularımızın mütəmadi olaraq göstərdiyi yüksək nəticələr bir daha diqqətə çatdırılı.

 

Gərgin mübarizə şəraitində keçən turnirdə ölkəmizdən və dünyadan, o cümlədən Almaniyanın müxtəlif şəhər və bölgələrindən olan 1200-dən çox kikboksçu öz qüvvəsini sınayıb.

 

“Heydər Əliyev Kuboku” üzrə 7 peşəkar döyüş keçirilib. Azərbaycan milli yığma komandasının üzvləri Amin Quliyev (63.5 kq), Ruslan Musayev (69 kq), Qəşəm Məmmədov (75 kq), Anar Məmmədov (60 kq), Rauf Gərayzadə (81 kq) və Elxan Əliyev (75kq) xarici ölkələrin kikboksçuları üzərində parlaq qələbə əldə ediblər və “Wako Pro” kəmərlərini qazanıblar.

 

Tədbir çərçivəsində qurulmuş stendlərdə Azərbaycanın zəngin mədəni irsini və milli mətbəxini əks etdirən məlumatlar yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok