Modern.az

Jitomirdə Heydər Əliyevin 100 illiyi ilə bağlı FOTOSƏRGİ

Jitomirdə Heydər Əliyevin 100 illiyi ilə bağlı FOTOSƏRGİ

Diaspor

14 Dekabr 2023, 11:34

Ukraynanın Jitomir vilayətində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş foto-sərgi təşkil edilib.

 

Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə Oleq Oljiç adına Jitomir vilayət universal elmi kitabxanasında baş tutan açılış mərasimində şəhər və vilayət şuralarının, vilayət hərbi idarəsinin, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Ukraynanın xalq deputatı Sergey Kuzminıx, Jitomir vilayət Şurası sədrinin müavini Vladimir Şirma, Jitomir şəhər Şurasının katibi Viktor Kliminski, Jitomir vilayət Şurasının deputatı İrina Dyaçuk, Jitomir rayon Şurasının sədr müavini Vladimir Paliy və başqaları olub. 

 

Mərasim iştirakçılarını salamlayan Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədov qeyd edib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Jitomirdəki Azərbaycan icması da ümummilli liderin 100 illik yubileyi çərçivəsində fotosərgi təşkil etməyi qərara alıb. 

 

Azərbaycan dövlətinin və xalqının ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olmaqla ulu öndərin ən böyük arzusunu yerinə yetirdiyini vurğulayan diaspor təşkilatının sədri Azərbaycana və Ukraynaya sülh və çiçəklənmə arzulayıb. 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və kitablardan ibarət sərgiyə baxışdan sonra qonaqlar ölkələrimizin tarixi arasında paralellər aparıblar. “Bir vaxtlar Azərbaycan da müharibəyə məruz qalmışdı və ərazilərinin bir hissəsi işğal olunmuşdu. Azərbaycan öz ərazilərini azad etməyə nail oldu. Bu, bizim üçün parlaq nümunədir”, - deyə V.Şirma söyləyib. 

 

3 gün nümayiş olunan foto-sərgi yerli mediada geniş şəkildə işıqlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok