Modern.az

Azərbaycanlı əsirlər ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıblar - İsrailli sabiq nazir

Azərbaycanlı əsirlər ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıblar - İsrailli sabiq nazir

14 Dekabr 2023, 15:18

“HƏMAS tərəfindən saxlanılan girovlar kimi, azərbaycanlı əsirlər də ermənilər tərəfindən ağır işgəncələrə məruz qalıblar”.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ölkəsinin populyar “İsrael Hayom” nəşrində dərc olunmuş məqaləsində yazıb.

 

“Girovların qaytarılması ilə bağlı eyforiya mühitində qarışıq hisslər” sərlövhəli məqalədə qeyd olunub ki, son günlər xəbər başlıqlarında fələstinli terrorçuların azad edilməsi müqabilində israilli girovların İsrail dövlətinə qaytarılması ilə bağlı xəbərlər üstünlük təşkil edir. Bununla yanaşı, girovluqda olmuş qadın və uşaqların qəfəslərdə saxlanılması və elektrik şokuna, qadınların xüsusi amansızlıqla cinsi zorakılığa məqruz qoyulması faktları ictimaiyyətdə ciddi rezonans doğurub.

 

Sabiq nazir həmçinin diqqətə çatdırıb ki, israillilər bu dilemma ilə üzləşən yeganə xalq deyil. Bir neçə il əvvəl Azərbaycan Ermənistan həbsxanalarında saxlanılan azərbaycanlıların azad edilməsi üçün əsir mübadiləsi sazişinə razılıq verib və məlum olub ki, HƏMAS tərəfindən saxlanılan girovlar kimi, bu insanlar da müxtəlif formada ağır işgəncələrə məruz qoyulublar. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən sonra “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı hesabat yayaraq, ermənilərin azərbaycanlı girovları saxladıqları yerlərdən birinin araşdırıldığını və oradakı iki qadının gün ərzində kişi girovların gözü qarşısında ermənilər tərəfindən bir neçə dəfə zorlandığını müəyyən etdiklərini iddia edib.

 

İsralli politoloq hesab edir ki, belə bir vəziyyətdən əziyyət çəkən vətəndaşları olan ölkə milli maraqlarına zidd olsa belə, öz vətəndaşlarının azadlıqlarını təmin etmək üçün hər şeyi etməlidir. Ona görə də son günlər İsrail kimi, Azərbaycanın da öz vətəndaşlarını qaytarmaq üçün erməni məhbusları azad etməyə razılıq verməsi təqdirəlayiq haldır.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/2023/12/07/mixed-feelings-among-euphoria-of-hostages-return/

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok