Modern.az

Nümayəndə heyətimiz İvanovo vilayətinin rəsmiləri ilə görüşdü - FOTO

Nümayəndə heyətimiz İvanovo vilayətinin rəsmiləri ilə görüşdü - FOTO

14 Dekabr 2023, 16:08

“Heydər Əliyev İli” çərcivəsində Rusiyanın İvanovo vilayətinə 4-7 dekabr tarixində səfər edən Azərbaycan nümayəndə heyətinin yerli dövlət qurumlarının rəsmiləri ilə görüşləri keçirilib.

 

İvanovo şəhər Dumasının sədri Aleksandr Kuzmuçov, İvanovo vilayəti hökumətinin sədr müavini Yevgeni Nesterov və İvanovo Millətlər Evinin direktoru Nikolay Karika ilə görüşlərdə Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Səfərov və “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asif Məmmədov iştirak ediblər. 

 

Görüşlər zamanı müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində müstəsna rolundan danışılıb. Heydər Əliyev kimi qüdrətli dövlət xadiminin Azərbaycanda olduğu kimi, Rusiyada da böyük ehtiramla xatırlandığı nəzərə çatdırılıb. Azərbaycan diasporunun İvanovoda fəaliyyəti yüksək qiymətləndirilib. Vaxtilə İvanovoda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən şəhər Dumasınım deputatı olmuş Sərraf Məmmədovun Azərbaycan diasporunun rəhbəri kimi töhfələrinin unudulmadığı, hazırda bu missiyanın Asif Məmmədov tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. 

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İvanovo Milllətlər Evində yerləşən Azərbaycan həftəsonu məktəbinin fəaliyyəti ilə tanış olub, Heydər Əliyevə həsr olunmuş foto-sərgini ziyarət edib. 

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi adından İvanovo şəhər Dumasının sədri Aleksandr Kuzmuçov, İvanovo şəhər başçısı Vladimir Şarıpov, İvanovo vilayəti hökumətinin sədr müavini Yevgeni Nesterov, İvanovo şəhər Dumasının sədr müavini Qalina Boçkova, İvanovo vilayəti Dumasının başçısı Marina Dmitriyeva və İvanovo vilayəti insan hüquqları üzrə müvəkkil Svetlana Şmelyovaya fəxri fərmanlar təqdim edilib. İvanovo şəhər Duması adından isə Azərbaycan və Rusiya xalqları arasında beynəlxalq münasibətlərin və dostluğun möhkəmlənməsinə və inkişafına verdiyi töhfələrə görə Diasporla İş üzrə Dövlət Komitəsi diplomla və “İvanovo şəhər Dumasının 150 illiyi” medalı ilə təltif olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok