Modern.az

Cümhuriyyətin daxili işlər nazirinin oğlu: “Hər zaman Azərbaycan Prezidentinin yanındayıq”

Cümhuriyyətin daxili işlər nazirinin oğlu: “Hər zaman Azərbaycan Prezidentinin yanındayıq”

Diaspor

20 Dekabr 2023, 17:44

“Atam üçün Azərbaycan mövzusunun nə qədər önəmli olduğunu bilirəm. Mən atamı çox erkən yaşlarda itirmişəm deyə, ondan Azərbaycan haqqında yetərli məlumat öyrənə bilməmişəm. Atam sağ olsaydı, söhbət etmək şansımız olsaydı, əminəm ki, atam mənə Azərbaycan haqqında maraqlı məlumatlar verərdi”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu deyib.

 

O, Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmasını möhtəşəm tarixi hadisə adlandırıb: “Azərbaycan bizim özümüzdür. Hər zaman Azərbaycanın ən üst səviyyədə olması, sülh şəraitində yaşaması hamımızın istəyidir. Azərbaycan torpaqlarının erməni işğalından azad olunması mühüm tarixi bir hadisədir və mən buna görə ancaq əhsən deyirəm. Bu, çox böyük bir uğurdur”. 

 

Nadir Vəkiloğlu əlavə edib ki, hər zaman ürəyi Azərbaycan xalqı ilə bir döyünür: “Tarix boyu xalqımıza edilən zülmlərdən xəbərdarıq. Bu gün aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim vətənimizdir. Biz hər zaman prezidentimizin yanındayıq və dəstək verməyə hazırıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək