Modern.az

Maşallah Rəzmi təltif edildi

Maşallah Rəzmi təltif edildi

22 Dekabr 2023, 18:37

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib. 

 

Modern.az-ın məlumatına görə, virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər. 

 

Konfransda 24 ölkədən 42 nəfər soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib. Onların arasında Fransada yaşayan Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının həmtəsisçisi Maşallah Rəzmi də var.

 

Təltifə görə təşəkkürünü bildirən Maşallah Rəzmi bu medalı Güney Azərbaycanda təməl insani haqları uğrunda mübarizə aparan soydaşlarımıza ithaf etdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı