Modern.az

Təltif olunan diaspor fəalları Prezidentə təşəkkür etdilər - FOTO

Təltif olunan diaspor fəalları Prezidentə təşəkkür etdilər - FOTO

Diaspor

27 Dekabr 2023, 14:58

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nümayiş etdirdikləri birlik və həmrəyliyə görə xaricdə yaşayan bir qrup diaspor fəalı “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

 

Onlar yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib, bundan sonra da Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqlarımızın müdafiəsi və diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha da əzmlə çalışacaqlarını vurğulayıblar.

 

Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, Parisdəki  “Natəvan” həftəsonu məktəbinin müəllimi Əsmər Nərimanbəyova təsviri sənət sahəsində işinə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə təltif edilməsini çox yüksək qiymətləndirib və Prezidentə təşəkkürünü bildirib.

 

Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmoelov təltifə görə Prezident İlham Əliyevə təşəkkür edib, bundan sonra da Azərbaycan-İsrail əlaqələrinin inkişafı üçün çalışacağını bəyan edib.

 

Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini, rəssam Rasim Hüseynov ona təqdim olunan medala görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib.

 

Dövlət başçımıza təşəkkür edən Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov Azərbaycan Respublikasına qürurla xidmət etdiyinə görə fəxarət hissi duyduğunu bildirib və bundan sonra da şərəfli missiyanı uğurla davam etdirəcəyini diqqətə çatdırıb.

 

“Vətənpərvər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə da öz növbəsində təqdim olunan medala görə Prezidentə minnətdarlığını bildirib, bütün medal alan təşkilat rəhbərlərini təbrik edib və hər kəsə bol uğurlar arzu edib.

 

Kanadanın Alberta vilayətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ALACS) təsisçisi, Kalqari Universitetinin müəllimi, Dr. Səbinə İsgəndərova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalına layiq görüldüyü üçün Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.

 

Estoniyada yaşayan ana dili müəllimi Gülnarə Vals da zəhmətini qiymətləndirən hər kəsə təşəkkür edib, Prezident İlham Əliyev başda olmaqla dünya azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

 

Qeyd edək ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirilib. Tədbirdə 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər. Konfransda 24 ölkədən 42 nəfər soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi