Modern.az

Məşhur yapon jurnalist Azərbaycanda yaşamaq istəyir - VİDEO

Məşhur yapon jurnalist Azərbaycanda yaşamaq istəyir - VİDEO

Diaspor

11 Yanvar 2024, 11:16

118 xarici ölkəyə səyahət etmiş 38 yaşlı yapon jurnalist, komediya aktrisası Ayako İmoto Azərbaycanda yaşamaq arzusunun olduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə,o, Yaponiyanın nüfuzlu NHK telekanalında yayımlanan "Asaichi" səhər proqramında çıxış edib.

 

Veriliş zamanı aparıcı jurnalistə harada yaşamaq istədiyi barədə sual ünvanlayıb. A.İmoto suala "Azərbaycan" cavabını verib.

 

Jurnalist cavabını belə izah edib: "Azərbaycanda insanlar yaxşı və mehribandır. Şəhərlərində müasirliklə qədimilik vəhdət təşkil edir. Ora, sanki, Kiotoya bənzəyir".

 

Könül Fətullayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər