Modern.az

İsveçrədəki Azərbaycan icması Davos Forumunda fəal iştirak etdi

İsveçrədəki Azərbaycan icması Davos Forumunda fəal iştirak etdi

Diaspor

29 Yanvar 2024, 15:28

İsveçrənin Davos şəhərində baş tutan Dünya İqtisadi Forumu çərçivəsində “Diplomatiyada elm” və “Planet sağlamlığına və enerji təhlükəsizliyinə nail olunması: Süni intellekt və rəqəmsallaşmanın töhfəsi” mövzularında keçirilən tədbirlərdə İsveçrədəki Azərbaycan icmasının üzvləri fəal iştirak edib.

 

“ETH Zurich” və Cenevrə universitetlərinin birgə təşkil etdiyi “Diplomatiyada elm” adlı tədbirə İsveçrənin Xarici İşlər Nazirliyinin, Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin rəsmi şəxsləri, BMT-nin milli azlıqlar üzrə rəsmi nümayəndəsi, Avropa ölkələrinin diplomatik korpusunun təmsilçiləri, universitetlərin rəhbərləri və digər yüksək vəzifəli şəxslər qatılıblar.

 

Erməni icmasının nümayəndələrinin sözügedən tədbirdə çıxış etmək cəhdi uğursuz olub. Beləki, Ermənistan Prezidentinin tədbirdə iştirakının təsdiq olunmasını bəhanə edən ermənilər çıxış etmək üçün təşkilatçılara müraciət ediblər. Lakin  soydaşlarımız təşkilatçılara xəbərdarlıq edərək ermənilərin tədbirdə çıxış edəcəyi təqdirdə, Azərbaycanın rəsmi nümayəndəsinin də iştirakı və çıxışının təmin olunmasının zəruri olduğunu bildiriblər. Vəziyyətin həssaslığını anlayan təşkilatçılar proqrama dəyişik edilməsinin mümkün olmadığını Ermənistan tərəfinin diqqətinə çatdırıblar. Nəticədə Ermənistan nümayəndələri tədbirdə iştirak etməkdən imtina ediblər.

 

Azərbaycan icması nümayəndələrinin səyi nəticəsində “Planet sağlamlığına və enerji təhlükəsizliyinə nail olunması: Süni intellekt və rəqəmsallaşmanın töhfəsi” adlı tədbirin gündəliyinə Azərbaycanla bağlı məsələ salınıb. Azər  baycanın COP29 sammitinin keçirilməsinə verəcəyi töhfə və texnologiyanın, süni intellekt və rəqəmsallaşmanın planetin sağlamlığında oynayacağı rol diqqətə çatdırılıb.

 

Tədbirdə çıxış edən İsveçrə Federal İnstitutunun və Cenevrə Dövlət Universtetinin elmi əməkdaşı Dr. Tural Əliyev diaspor nümayəndələrinin bilik və bacarığın ötürülməsində və lokallaşdırılmasında oynadığı rolun əhəmiyyətindən danışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok