Modern.az

Soçidə Azərbaycan diasporu bir araya gəldi - FOTO

Soçidə Azərbaycan diasporu bir araya gəldi - FOTO

Diaspor

30 Yanvar 2024, 09:23

Rusiyanın Soçi şəhərində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə toplantı keçirilib.

 

Tədbir iştirakçılarını salamlayan Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimov Prezident İlham Əliyevin bu əlamətdar hadisə ilə bağlı Sərəncam imzaladığını diqqətə çatdırıb. Mərkəz sədri bildirib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Dövlət başçımızın rəhbərliyi altında ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi ilə M.Ə.Rəsulzadənin və digər Cümhuriyyət qurucularının ruhlarının şad olduğu vurğulanıb.

 

Sonra Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq M.Ə.Rəsulzadənin yubileyi ilə əlaqədar planlaşdırılan tədbir və Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirə aparılıb.

 

Tədbirdə Rusiyada yaşayan səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakının önəmi vurğulanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok