Modern.az

Diasporumuz Azərbaycan Yazıçılar Biriyinin Moskvadakı üzvləri ilə görüşüb

Diasporumuz Azərbaycan Yazıçılar Biriyinin Moskvadakı üzvləri ilə görüşüb

Diaspor

31 Yanvar 2024, 12:08

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının ofisində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin iclası keçirilib.

 

Tədbir iştirakçılarını salamlayan “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov çıxışında Azərbaycan dili və ədəbiyyatının inkişafı ilə bağlı atılacaq addımlar və bir sıra prioritet layihələr barədə məlumat verib. Təşkilatın ədəbiyyat xadimlərinin yaradıcılığına dəstək verməyə hazır olduğu vurğulanıb, birgə tədbirlərin keçirilməsi təklif edilib.

 

AYB Moskva bölməsinin sədri Abuzər Bağırov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, 2024-cü il üçün nəzərdə tutulan layihələri diqqətə çatdırıb. Bu ilin bir neçə yubiley və yaddaqalan tarixlərlə, o cümlədən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilə əlamətdar olduğunu vurğulayıb. Sonra şair İlham Bədəlbəylini doğum günü münasibətilə təbrik edib. 

 

Tədbir AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun doğma yurdu Kəlbəcərə səfəri barədə məlumat verməsi və gənc şair İntiqam Kazımovun öz şeirlərini təqdim etməsi ilə yekunlaşıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada