Modern.az

ABŞ mətbuatı Azərbaycanın Qarabağ zəfərindən bəhs etdi

ABŞ mətbuatı Azərbaycanın Qarabağ zəfərindən bəhs etdi

Diaspor

31 Yanvar 2024, 14:28

“Azərbaycan keçən il son həlledici hərbi qələbə ilə ərazi bütövlüyünü təmin etməyə müvəffəq olduğu halda, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı məğlubiyyətə uğratmaq və 130-a yaxın israilli girovu azad etmək üçün hələ də mübarizə aparır. İsrail hələ də HƏMAS-ı məğlub etməyə çalışarkən Azərbaycanın bu böyük uğurunun səbəbləri təbii maraq doğurur”.

 

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ABŞ-ın populyar “The Jewish Press” nəşrində dərc olunmuş məqaləsində yazıb.

 

“Azərbaycanın Qarabağdakı qələbəsi İsrailin Qəzza zolağındakı müharibəsi ilə necə müqayisə olunur?” sərlövhəli məqalədə bir çox tanınmış siyasi ekspertlərin fikirləri yer alıb. Müxtəlif təhlillərin əks olunduğu məqalədə qeyd olunub ki, Azərbaycandan fərqli olaraq, İsrail tunellər qazaraq orada müdafiə olunan terror təşkilatı ilə mübarizə aparır. Hərbi strategiyası zamana və tunellərə hesablanan HƏMAS İsrailin tunellərdə vaxtını tükədərək mübarizəni dayandıracağına ümid bəsləyir.

 

Eyni zamanda ekspertlər Azərbaycanın Ermənistan üzərində qələbəsini bir neçə faktorla izah eməyə çalışıblar. Bildirilib ki, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqləri olan Azərbaycan işğala uğramış ölkə olduğu üçün bütün məqsədlərini öz torpaqlarının azad olunması istiqamətində səfərbər edib. Son 30 ildə Birinci Qarabağ müharibəsinin eyforiyasına düşən, habelə yeritdiyi yanlış xarici siyasət nəticəsində etibarlı müttəfiqlər qazanmağa müvəffəq olmayan işğalçı Ermənistanda isə əsassız özünəinam hissi yaranıb.

 

Məsələ ilə bağlı fərqli yanaşmalar ortaya qoyan ekspertlər bütün hallarda 30 ilə yaxın reallaşmayan ədaləti, beynəlxalq hüququn prinsip və normalarını öz gücünə gerçəkləşdirən Azərbaycanın tarixi uğurunu yüksək qiymətləndiriblər. Həmçinin diqqətə çatdırılıb ki, həm Azərbaycan, həm də İsrail yekun sülhə nail olmaq üçün bütün səylərini toplamalı və qətiyyətli addımlar atmalıdırlar. Kiminsə gəlib münaqişə tərəfləri arasında sülhə nail olmasını gözləmək omaz, çünki hər tərəf öz maraqlarına xidmət edir. Vaxtilə Qarabağın azad olunmasını utopiya adlandıranlara üz tutan eksperlər Ermənistanın davamlı şəkildə sülhdən yayınmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini əsirgəməyəcəyinə inamlarını ifadə ediblər.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

 

//www.jewishpress.com/indepth/opinions/how-azerbaijans-victory-in-karabakh-compares-to-israels-war-in-gaza/2024/01/30/

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok