Modern.az

Özbəkistan ictimaiyyətindən Fransanın davranışa sərt etiraz

Özbəkistan ictimaiyyətindən Fransanın davranışa sərt etiraz

31 Yanvar 2024, 15:56

Daşkənd şəhərində fəaliyyət göstərən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti görkəmli Azərbaycan şairəsi, ictimai xadim, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın Fransanın Evian şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı törədilmiş vandalizm aktını hiddətlə pisləyib. 

 

Cəmiyyətin adından yayılmış bəyanatda bildirilib ki, Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş nalayiq hərəkəti təəssüf hissi ilə qarşılayır və kəskin şəkildə qınayırlar: “Ümumiyyətlə, bu cür halları mədəni dəyərlərə qarşı hörmətsizlik kimi dəyərləndirir və dərhal aradan qaldırılmasına çağırırıq”. 

 

Nəzərə çatdırılıb ki, Azərbaycanın qədim şəhəri, Türk və İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada doğulmuş Xurşidbanu Natəvan ədəbi, sosial-ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, bütövlükdə Şərqdə zərif, kübar, mərhəmətli qadın obrazının təcəssümüdür. Bəşər mədəniyyətinə böyük töhfələr vermiş Azərbaycanın mədəni dəyərlərinə qarşı son zamanlar Fransada baş verənlər isə yolverilməz və qəbuledilməzdir. 

 

Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti bəyanatı bu ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok