Modern.az

Eskişehirdə Rəsulzadənin 140 illiyi qeyd edilib - FOTO

Eskişehirdə Rəsulzadənin 140 illiyi qeyd edilib - FOTO

Diaspor

1 Fevral 2024, 17:06

Türkiyənin Eskişehir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

 

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

 

M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin izlənməsindən sonra jurnalist Aynur İmran “Rəsulzadənin türk dünyası üçün əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

 

“Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının müəllifinin gənc yaşlarından etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib, təkcə siyasətçi deyil, həm də dəyərli mütəfəkkir olduğu, əsərlərinin Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutduğu vurğulanıb.

 

Eskişehir Azərbaycanlılar Dərnəyi adından jurnalist Aynur İmrana təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok