Modern.az

Budapeştdə “BİZ - Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupu toplandı

Budapeştdə “BİZ - Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupu toplandı

3 Fevral 2024, 14:15

Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu çərçivəsində Budapeşt şəhərində “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərinin toplantısı keçirilib. 

Toplantının moderatoru olan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli təşəbbüs qrupunun yaranması və fəaliyyəti barədə qısa məlumat verib. Bu qrupun ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor nümayəndələrinin təşəbbüsü ilə yaradıldığını, uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva təşəbbüs qrupunun dəvəti ilə toplantıya qatılmasına görə minnətdarlığını bildirib. Təşəbbüs Qrupunun yaradılmasının bütün soydaşlarımız tərəfindən rəğbətlə qarşılandığı, bu qrupun xətti ilə dünyanın müxtəlif ölkələrində tədbirlərin və görüşlərin keçirildiyini, bu barədə məlumatların qrupun sosial şəbəkələrindəki səhifələrində yerləşdirildiyini söyləyib.

Tədbir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirlərini, ölkəmizdəki tarixi hadisələri əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.

Sonra Azərbaycan Milli-Mədəni Muxtariyyəti Sankt-Peterburq şəhər ictimai təşkilatının gənclər bölməsinin rəhbəri Elman Manafov, Çexiyada “Natəvan” Cəmiyyətinin üzvü Fərid Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhəri üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə, Qarabağ xanı Pənahəli xanın İspaniyada yaşayan varisi Məhəmmədəli Əkbərov, Tbilisi Texniki Universitetinin tələbəsi Emil Allahverdiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin sədri Şəhriyar Məhərrəmov, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü, “ON 24” şirkətində mühəndis Nurlan Şükürlü, İsveç Krallığında diaspor fəalı və hüquqşünas Rahil Məmmədov, Vilnüs Menecment və İqtisadiyyat Universiteti (ISM) Biznesin İdarəedilməsi və Marketinqi üzrə bakalavr tələbəsi İbrahim Həziyev, “Atlantic Group Vietnam”da ingilis dili müəllimi Sakit Abdullayev, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın Məmmədli soydaşlarımızı qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını və onun gələcəyinə biganə qalmadıqlarını ifadə etməyə çağırıblar: “Əraziləri işğaldan tam azad edilmiş Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Prezident seçkilərində mən sizi İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıram. Prezidentin uğurları bir daha bütün dünyaya sübut etdi ki, heç bir ölkənin Azərbaycanla ultimatum tonunda dialoq aparmağa haqqı yoxdur. Əminəm ki, güclü liderin arxasında güclü gələcək dayanır və bu gələcəyi ancaq böyük dəmir yumruqda birləşməklə qurmaq olar!”

Toplantı sualların cavablandırılması ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok