Modern.az

Təəssüf ki, İlham Əliyevə səs verə bilməyəcəm

Təəssüf ki, İlham Əliyevə səs verə bilməyəcəm

Diaspor

5 Fevral 2024, 15:48

Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir:

 

“Əziz cənab Prezident.

 

Amerika Muğam Cəmiyyətinin 24 illik sədri olaraq 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəklədiyimi bildirmək istərdim.

 

Mən yarım əsrdən artıqdır ki, Azərbaycan mədəniyyəti ilə maraqlanıram, Azərbaycan alətlərində – kamança və tarda ifa etdiyim muğama, uzun illər evimə gözəllik bəxş edən, Azərbaycan muğam musiqisini dinləməkdən zövq alanların məclisləri üçün mükəmməl dekorasiyanı və ab-havanı təmin edən əl ilə toxunmuş Azərbaycan xalçalarına xüsusi maraq göstərirəm. 

 

Azərbaycana ilk səfərim 1989-cu ilin yayında olub. 1997-ci il mayın 23-də Prezident Heydər Əliyevlə onun kabinetində görüşmək nəsibim oldu. O, mənimlə hər bir ölkə və onun gələcəyi üçün vacib olan milli kimlik hissinin möhkəmləndirilməsində yerli mədəniyyətin əhəmiyyətindən danışmaq istəmişdi.

 

Qərb jurnalistləri ilə müsahibələriniz zamanı onların suallarını ustalıqla cavablandırmağınızı böyük məmnuniyyətlə izləyirəm. Aydındır ki, Azərbaycana rəhbərlik etibarlı əllərdədir və ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Təəssüf ki, mən Azərbaycan vətəndaşı deyiləm, çünki ABŞ-da anadan olmuşam. Əks halda Azərbaycan Respublikasına rəhbərliyinizin davam etməsi üçün Sizə səsimi verməkdən məmnun olardım”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok