Modern.az

Berlində “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin iki illiyi qeyd edilib 

Berlində “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin iki illiyi qeyd edilib 

Diaspor

5 Fevral 2024, 17:00

Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin 2 illik fəaliyyətinə həsr edilmiş tədbir keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, soydaşlarımız və ölkəmizə dost icmaların nümayəndələri iştirak ediblər.

 

Humboldt Universitetinin magistri Oqtay Badaliourinin moderatorluğu ilə aparılan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin şagirdlərinin ifasında “Azərbaycan” şeiri səsləndirilib, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin fəaliyyətinə həsr olunmuş qısa film nümayiş etdirilib.

 

Tədbir iştirakçılarını salamlayan Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədr müavini Sevda Badaliouri “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin iki illik fəaliyyəti barədə məlumat verib.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov bu əlamətdar hadisə münasibətilə mərkəzi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Komitə sədrinin müavini çıxışında mərkəzin Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında söylədiyi tövsiyələrə uyğun olaraq fəaliyyət göstərdiyini məmnunluqla vurğulayıb, diasporumuzun keçdiyi yola nəzər salıb, Azərbaycan dilinin xaricdə yaşayan soydaşlarımız tərəfindən unudulmamasının, onun dünyada təbliğinin, xaricdəki gənclərimizin vətənə bağlılığının ölkəmiz üçün çox önəmli olduğunu, Komitə tərəfindən bu mühüm məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

 

Tədbir Komitə adından “Bakinets” Klununun rəhbəri Elmira Əşrəfovaya təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təqdim olunması ilə davam etdirilib. Elmira Əşrəfova diaspor fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. Berlində yaşayan azərbaycanlıların, o cümlədən yəhudi əsilli soydaşlarımızın Azərbaycana xas adət-ənənələri mühacirətdə də qoruyub saxladıqlarını bildirib, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzini “Azərbaycan dili, musiqisi mədəniyyəti və tarixi ilə tanış olmaq üçün güclü platforma” adlandırıb.

 

Tədbirdə çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvləri və digər qonaqlar mərkəzin fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Bədii hissədə beynəlxalq müsabiqələr laureatı, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadə, Günel Şirinova (sofrano) və “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Ritm” rəqs qrupu çıxış ediblər. Onların ifasında təqdim olunan Azərbaycan bəstəkarlarının əsərləri və milli rəqslərimiz alqışlarla qarşılanıb.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada