Modern.az

Fuad Muradov Qazaxıstanda yaşayan azərbaycanlı musiqiçi ilə görüşdü

Fuad Muradov Qazaxıstanda yaşayan azərbaycanlı musiqiçi ilə görüşdü

Diaspor

8 Fevral 2024, 17:24

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov BŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin koordinatoru, “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qonağı səmimi salamlayan komitə sədri Azərbaycanın dostunu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Qeyd olunub ki, “Bukharian Times” qəzetində davamlı olaraq Azərbaycanla bağlı məlumatlar verilir və həqiqətlər beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılır. Buxara yəhudilərinin azərbaycanlılara böyük sevgi bəslədikləri, ABŞ və Kanadada olan Azərbaycan icması ilə sıx əlaqələri diqqətə çatdırılıb, tarix və mədəniyyətimizin bir-birinə yaxınlığı bir daha vurğulanıb.

 

Qonağa ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə çap olunan “Öndə gedən” kitabı hədiyyə olunub. Görüşdə həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Qazaxıstanda yaşayan azərbaycanlı musiqiçi, mahir tar ifaçısı “Xəzər” Etno-Mədəni Birliyinin sədr müavini Sadiq Namazovla görüşdə isə iki ölkə arasındakı münasibətərin sarsılmazlığından, dost ölkədə yaşayan azərbaycanlıların bu münasibətlərin inkişafına verdiyi töhfələrdən və soydaşlarımızın yaşadıqları cəmiyyətə uğurlu inteqrasiyasından danışılıb. Bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycan və türk musiqilərinin təbliğindəki roluna görə nüfuzlu mükafatlara layiq görülən və bir neçə müsabiqənin laureatı olan soydaşımıza uğurlu diaspor fəaliyyətinə görə komitə adından təşəkkürnamə təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkət “vuruldu”