Modern.az

Şimali Makedoniya prezidenti ilə Azərbaycanla əlaqələr müzakirə olundu

Şimali Makedoniya prezidenti ilə Azərbaycanla əlaqələr müzakirə olundu

Diaspor

13 Fevral 2024, 16:22

Şimali Makedoniya Türk Hərəkat Partiyasının lideri, Şimali Makedoniya Parlamenti Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan parlamentləri ilə işçi qrupunun sədri Enes İbrahim və Şimali Makedoniyanın siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavini, Türk Hərəkat Partiyasının sədr müavini Cabir Doko Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski ilə görüşüblər.

Bu barədə Modern.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Görüşdə partiyanın 2023-cü ildə gördüyü işlər, mövcud proseslər və Türk cəmiyyətinin hazırkı mövqeyi müzakirə edilib. Eyni zamanda Azərbaycanla əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi, əməkdaşlığın faydaları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edim ki, Enes ibrahim Balkanlarda Azərbaycanın mövqeyini müdafiə edən siyasətçilərdəndir. Qarabağ işğalda olduğu müddətdə daim onu gündəmə gətirib, Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edən partiya rəhbəri olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok