Modern.az

Azərbaycanın turizm potensialı Braziliya mətbuatında işıqlandırıldı

Azərbaycanın turizm potensialı Braziliya mətbuatında işıqlandırıldı

Diaspor

20 Fevral 2024, 13:20

Braziliyanın mundoeturismo.com saytında Azərbaycanın, xüsusilə paytaxt Bakının turizm potensialından bəhs edən “Bakı - Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi” başlıqlı məqalə dərc olunub. Məqalədə sivilizasiyaların qovşağında yerləşən, zəngin və qədim mədəniyyəti, gözəl təbiəti ilə seçilən Azərbaycanın mütləq ziyarət edilməli ölkələr siyahısına daxil edilməsinin önəmi vurğulanıb.

 

Məqalədə həmçinin 1967-ci ildə əsası qoyulmuş, bükülmüş xalça formasında inşa olunmuş unikal memarlıq abidəsi sayılan Xalça Muzeyi, eləcə də  İraq əsilli britaniyalı memar Zaha Hadidin layihəsi əsasında futuristik memarlıq ülubunda inşa olunmuş Heydər Əliyev Mərkəzi barədə  geniş məlumat verilib.

 

Braziliyalı oxuculara ölkəmizin görməli yerlərini, o cümlədən Bakı Dövlət Sirkini, Şirvanşahlar saray kompleksini, Bakı Funikulyorunu, Atəşgah məbədini, Miniatür Kitab Muzeyini, Qobustan palçıq vulkanlarını və “Diri-Baba” məqbərəsini ziyarət etmək tövsiyə olunub.

 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

 

//mundoeturismo.com.br/baku-museu-do-tapete-e-centro-heydar-aliyev/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı