Modern.az

“Diaspor Akademiyası” layihəsi çərçivəsində növbəti təlim keçirildi

“Diaspor Akademiyası” layihəsi çərçivəsində növbəti təlim keçirildi

20 Fevral 2024, 13:36

Ötən illin sonlarında başlayan “Diaspor Akademiyası”layihəsi çərçivəsində keçirilən təlimlər davam edir. 

 

Növbəti 4-cü təlim “Yaşadıqları ölkələrin yerli və mərkəzi  hakimiyyət orqanları, media  və inflüenserlərlə əlaqələrin yaradılması, saxlanılması və inkişaf etdirilməsi” mövzusuna həsr edilib.

 

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına diaspor üçün vacib qurumların, media və inflüenserlərin araşdırılması yolları, kommunikasiyanın qurulması, idarə olunması, qorunması və sair məsələlər barədə məlumat verib. 

 

Təlimdə onlarla şəxs  iştirak edib. İştirakçılar bu sahədə təcrübələrini bölüşüb, təlimçiyə onları maraqlandıran sualları ünvanlayıblar.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun “Diaspor Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərin sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti