Modern.az

Praqada Xocalıya hərs olunmuş flaş-mob keçirilib - FOTO

Praqada Xocalıya hərs olunmuş flaş-mob keçirilib - FOTO

Diaspor

26 Fevral 2024, 13:32

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyevin təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqanın tarixi “Qədim Şəhər” (Staroměstské Náměstí) meydanında məlumat xarakterli flaş-mob keçirilib. Xocalı həqiqətlərini daha çox insana çatdırmaq məqsədilə meydanda sərgi çadırı qurulub.

 

Sərgi çadırında iri informativ plakatlar  və kitablar yerləşdirilib. Bundan əlavə, Xocalı soyqırımına dair müxtəlif dillərdə nəşr olunmuş məlumatların, faktların və şəkillərin yer aldığı flayer və bukletlər yerli sakinlərə  paylanıb.  Yerli sakinlərin diqqətini çəkmək məqsədilə meydanda qırmızı şamlarla “Justice for Khojaly” yazılıb. “Justice for Khojaly” yazısı ilə maraqlanan şəhər sakinlərinə ingilis və çex dillərində Xocalı soyqırımı haqqında məlumat verilib, Xocalıda bir gecədə 613 günahsız insanın,o cümlədən azyaşlı uşaqların və körpələrin amansızlıqla qətlə yetirildiyi, bu qətliamı törədənlərin  hələ də layiq olduqları cəzanı almadığı bildirilib.

 

Qeyd edək ki, hər il olduğu kimi bu ildə “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?