Modern.az

Stokholmda “Qarabağ” məktəbində Xocalı faciəsinin qurbanları anılıb

Stokholmda “Qarabağ” məktəbində Xocalı faciəsinin qurbanları anılıb

Diaspor

28 Fevral 2024, 12:50

Stokholmda İsveç Azərbaycanlıları Birliyi (SAF) təşkilatının nəzdində fəaliyyət göstərən “Qarabağ” məktəbinin növbəti dərsi Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilib.

 

Modern.az xəbər verir ki, dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Şagirdlərə xalqımızın məruz qaldığı qanlı və dəhşətli faciə haqqında ətraflı məlumat verilib.

 

Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi qırğın törədilib. Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla,  613 nəfər qəddarlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib. Məktəblilərə milli kimliklərini və Xocalı faciəsini unutmamaq, daim Vətənə bağlı olmaq tövsiyə olunub. Dərs zamanı şagirdlər Xocalı soyqırımını əks etdirən rəsmlər çəkib, şeirlər səsləndiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik