Modern.az

İsrailli ravvin ABŞ-ı Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınadı

İsrailli ravvin ABŞ-ı Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınadı

Diaspor

28 Fevral 2024, 14:05

“ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) nəzərində İranla əlaqəsi sübuta yetirilən dini radikallara münasibətdə Azərbaycanın tətbiq etdiyi nəzarət dini təzyiq məsələsidir. Halbuki əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın islam aləminə ilk dünyəvi respublikanı bəxş etməsi, qədim zamanlardan müxtəlif yəhudi və xristian icmalarının sığınacağı olması fonunda bu ölkənin Komissiyanın xüsusi izləmə siyahısına daxil edilməsi haqlı təəccüb doğurur”.

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar “Israel HaYom” nəşrində dərc olunmuş məqaləsində həmyerlisi ravvin İsrael Baruxdan yuxarıdakı sitatı gətirib.

 

“Azərbaycan Dövlət Departamentinin izləmə siyahısında olmalıdırmı?” sərlövhəli məqalədə Komissiyanın İranla həmsərhəd olduğu üçün vacibliyini əsas gətirərək, öz sərhədləri daxilində əcnəbi dini liderlərə nəzarət etməsi səbəbindən ökəmizin Dövlət Departamentinin xüsusi izləmə siyahısına daxil edilməsini tövsiyə etdiyi diqqətə çatdırılıb. Müəllif təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq mediada “tolerantlıq vahəsi” adlandırılan, ekstremizmin ölkəsinə daxil olmasına və fəaliyyət göstərməsinə imkan verməyən Azərbaycan hökuməti ədalətsiz münasibətlə üzləşib.

 

Məqalədə Komissiyanın qərəzli mövqeyinin izahına da cəhd göstərilib: “USCIRF-in yüksək səviyyəli əməkdaşlarından biri əvvəllər ABŞ-dakı iki böyük erməni lobbi qruplarından biri olmaqla bu ölkədə Azərbaycan əleyhinə kampaniyaları ilə tanınan Amerika Erməni Assambleyasının kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışmış, hazırda isə Komissiyanın ictimai əlaqələr üzrə direktoru kimi fəaliyyət göstərən Danielle Aşbahiyandır”.

 

Məsələ üzrə digər tanınmış ekspertlərin də fikirlərinin yer aldığı yazıda yekdilliklə qeyd olunub ki, dinc yanaşı yaşama modeli kimi multikulturalizmi, plüralizmi və dini tolerantlığı ilə tanınan, ekstremizimlə qlobal miqyasda mübarizə aparan, Qərbdən fərqli olaraq, antisemitizm təcrübəsinə malik olmayan Azərbaycanın Dövlət Departamentinin xüsusi izləmə siyahısına salınması ciddi yanlışlıq və ədalətsizlikdir.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/2024/02/26/should-azerbaijan-be-on-the-state-departments-watch-list/

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir