Modern.az

Qlazqo universitetində Xocalı faciəsinin qurbanları anılıb - FOTO

Qlazqo universitetində Xocalı faciəsinin qurbanları anılıb - FOTO

Diaspor

28 Fevral 2024, 15:58

Şotlandiyanın Qlazqo universitetində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Qlazqo universitetində təhsil alan tələbələr tərəfindən yaradılmış Azərbaycan Cəmiyyətinin rəhbəri Nərmin Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, həmin gecə yaşanan dəhşətləri əks etdirən təqdimat və videolar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə çıxış edən azərbaycanlı tələbələr tarixin ən dəhşətli faciəsi olan Xocalı qətliamının insanlıq əleyhinə cinayət olduğunu bildirib və dünya ictimaiyyətini bu amansız faciəyə biganə yanaşmamağa səsləyiblər. Tədbirin sonunda litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından bəhs edən “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş olunub. Film tələbələrin böyük marağına səbəb olub.

 

Qeyd edək ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir