Modern.az

Fuad Muradov Boris Kandovla görüşdü - FOTO

Fuad Muradov Boris Kandovla görüşdü - FOTO

Diaspor

16 Mart 2024, 19:48

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 

 

Modern.az xəbər verir ki, qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan dövlətinin multikultural və toletantlıq ənənələrini yüksək qiymətləndirən ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov, ABŞ və Kanada Buxara Yəhudiləri Mərkəzinin rəhbəri Leon Nektalov və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini və təcrübə mübadiləsinin daha səmərəli olacağını vurğulayıblar.

 

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondu ilə ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Görüşün sonunda qonaqlara fondun dəstəyi ilə çap olunan “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub. 

 

Xatırladaq ki, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 100-dən artıq mədəniyyət mərkəzini, təhsil, icma və media müəssisəsini özündə birləşdirir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?