Modern.az

Diaspor fəalı təltif olundu

Diaspor fəalı təltif olundu

Diaspor

20 Mart 2024, 19:26

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstan Respublikasında fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədrinin müavini Kəmalə Əliyeva ilə görüşüb.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, F.Muradov Qazaxıstandakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının diasporun fəaliyyətinə pozitiv təsirindən danışılıb. Komitənin Qazaxıstanın müxtəlif bölgələrində, eləcə də Aktau, Almatı, Türküstan, Şimkənd və Astanada fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə layihələr həyata keçirdiyi vurğulanıb, icmamızın fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı tövsiyələr nəzərə çatdırılıb.

 

Kəmalə Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Soydaşımız bundan sonra da hər iki dövlətin milli maraqlarının müdafiəsi, ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun güclənməsi naminə çalışacağını vurğulayıb.

 

Sonra Kəmalə Əliyevaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir