Modern.az

Kaliforniyada İkinci Beynəlxalq Novruz festivalı keçirilib

Kaliforniyada İkinci Beynəlxalq Novruz festivalı keçirilib

Diaspor

21 Mart 2024, 12:51

Kaliforniyadakı Azərbaycan Evi İkinci Beynəlxalq Novruz Festivalına ev sahibliyi edib.

Modern.az xəbər verir ki, açılış nitqləri zamanı Azərbaycan Evinin təsisçisi Aytən Abbassova və prezident Ruslan Babayev qonaqları salamlayıb və Novruz bayramı münasibətilə hər kəsi təbrik ediblər.


Tədbirin xüsusi qonaqları Azərbaycanəsilli dünya şöhrətli ürək və terakik varisi Dr. Şahpur Ansari, Kaliforniya ştatından konqresmen seçilmiş Sem Likkardo, San Xose Şəhər Şurasının üzvləri Arjun Batra və Bien Doan və Phuong Nguyen tərəfindən təmsil olunan ABŞ senatoru Dave Cortese ofisi Xalqımızın bu Gözəl bayramı münasibətilə Təbrik çıxışları edərək Novruz bayramını Azərbaycan İcması ilə birlikdə qeyd ediblər.

 

Tədbirdə Özbək Kaliforniya Mədəniyyət Mərkəzi kimi tərəfdaş təşkilatlar, eləcə də türk, qırğız, tatar, uyğur və digər icma təşkilatlarının üzvləri festivalın mədəni zənginliyinin və müxtəlifliyinin artırılmasında mühüm rol oynayıblar.

Qeyd edək ki, İkinci Beynəlxalq Novruz Festivalı müxtəlif icmalar arasında birliyi, mədəni mübadiləni və qarşılıqlı bayramı təşviq etmək üçün kiçik bir Turan rolunu oynayıb və Novruzun ruhunu özündə cəmləşdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü