Modern.az

Dövlət Komitəsinin Almaniyada keçirdiyi çempionat başa çatdı

Dövlət Komitəsinin Almaniyada keçirdiyi çempionat başa çatdı

Diaspor

13 May 2024, 16:16

Almaniyanın Şimali Rayn Vestfaliya regionunun Nettetal şəhərində Sudo idman növü üzrə regionun VIII Sudo çempionatı başa çatıb.

 

Çempionatda federal torpağın 16 böyük şəhərindən 178 idmançı iştirak edib.

 

Açılış mərasimində Nettetal şəhərinin meri Kristian Küster çıxış edərək idmançıları salamlayıb. Dünya Sudo Federasiyasının prezidenti Sabir Süleyman çempionatda baş hakim qismində iştirak edib.

 

Şimali Rayn Vesttifaliyanın SUDO Federasiyasının sədri Rafiq Məmmədov idmançıları mükafatlandırıb. İbrahim Süleyman yarışın ən yaxşı texnikaya görə mükafatını qazanıb.

 

Sudo üzrə növbəti belə çempionat sentyabr ayında Geşer şəhərində keçiriləcək. Noyabr ayında isə Paderborn şəhərində 13-cü Dünya Sudo Çempionatı baş tutacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi