Modern.az

Rustavidə Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rustavidə Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

13 May 2024, 17:34

Gürcüstanın Rustavi şəhərində yerləşən Təhsil və Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbirin əvvəlində Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mərkəzin rəhbəri Raidə Dərziyeva Ulu Öndərin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. 

Daha sonra “Heydər Əliyev və dünya Azərbaycançılığı” adlı məruzə ilə çıxış edən Rustavi şəhər 18 saylı ictimai məktəbin Azərbaycan dili müəllimi Nurlana Məmmədova, Ulu Öndərin milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolunu vurğulayıb. 

Şair, ictimai xadim Rafiq Hümmət və gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Ümummilli Lider Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımızın taleyindəki mühüm rolu və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda uzaqgörən siyasəti haqqında danışıblar.  

Tədbirin sonunda Mərkəzin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Mərkəzin üzvləri, şagirdlər və valideynləri Rustavi şəhərində yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?