Modern.az

Azərbaycanlı Mühəndislərin Avropa Forumu 

Azərbaycanlı Mühəndislərin Avropa Forumu 

Diaspor

13 May 2024, 18:39

İyunun 22-də Almaniyanın Berlin şəhərində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, qurumun dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə baş tutacaq Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək.

 

Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur.

 

Bununla əlaqədar Forumun Təşkilat Komitəsi soydaşlarımızı aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir:

 

//www.cognitoforms.com/Diasporgovaz/AvropadaYa%C5%9FayanAz%C9%99rbaycanl%C4%B1M%C3%BCh%C9%99ndisl%C9%99rinIForumu

 

“Azərbaycanlı mühəndislərin Avropa Forumu”nun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaq. Eyni zamanda Forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcək", - məlumatda vurğulanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?