Modern.az

Stokholmda Ümummilli Lider anadan olmasının 101 illiyi qeyd edilib

Stokholmda Ümummilli Lider anadan olmasının 101 illiyi qeyd edilib

Diaspor

14 May 2024, 13:58

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbində İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

 

Tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin nəzdindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin rəhbəri Sevda Dadaşova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib. Özünün iti zəkası, uzaqgörənliyi, milliliyi, vətənpərvərliyi və çoxşaxəli fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün şərəfli liderlik missiyasını həyata keçirdiyini söyləyib. 

 

Tədbirdə illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə etdiklərinin daha aydın şəkildə dərk olunduğu vurğulanıb, Ulu Öndər Heydər Əliyevin həyatı bütünlüklə dövlətə, Vətənə, xalqa həsr olunan ömür kimi qiymətləndirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?