Modern.az

İğdırda Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib - FOTO

İğdırda Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib - FOTO

Diaspor

14 May 2024, 14:18

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

 

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar açıb. O, Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti barədə danışıb, xüsusilə Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin daha da yaxınlaşması, möhkəmləndirilməsi üçün tarixi və strateji xidmətlərindən geniş bəhs edib. 

 

Tədbirdə daha sonra Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, İğdır Universitetinin müəllimi Sözer Akyıldırım və Fənn Liseyinin direktoru Yavuz Bağcı çıxış edib. Onlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə yanaşı, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərinə toxunub, gənclərin Heydər Əliyevin siyasi irsini öyrənməsinin, onun Vətənə və türk dünyasına sevgisindən nümunə götürməsinin vacibliyini bildiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi