Modern.az

Moldovada Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

Moldovada Ümummilli Liderin anadan olmasının 101 illiyi qeyd edilib

14 May 2024, 14:58

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkənin rəsmi simalarının, diplomatik korpusların nümayəndələrinin, Moldova Azərbaycanlıları Konqresinin üzvlərinin, eləcə də Azərbaycan diasporunun nümayəndələrinin iştirak ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

 

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycanın Moldovadakı Səfirliyinin konsulu Dmitriy Panin, Moldova Respublikası Parlamentinin deputatı, Azərbaycan-Moldova Dostluq qrupunun həmsədri Vitaliye Jakot, MAK sədri Elçin Bayramov, eləcə də Azərbaycan diasporunun aparıcı üzvlərindən Maarif Rəhimov çıxış ediblər.

 

Moldova Respublikası Parlamentinin deputatı Vitaliye Jakot çıxışında Heydər Əliyevin ölkəsinə ləyaqətlə rəhbərlik etdiyini, onun müdrik qərarları sayəsində Azərbaycanın çiçəklənən dövlətə çevrildiyini vurğulayıb.

 

Elçin Bayramov öz növbəsində Heydər Əliyevin unudulmaz xatirəsinə dərin ehtiram əlaməti kimi, Ulu Öndərin amallarına uyğun şəkildə vətənə sevgi, tərəqqi və həmrəylik yolu ilə getməyin ən yaxşı əməl olduğunu bildirib.

 

Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxinə aid şirniyyatlar təqdim olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi