Modern.az

“Sakartvelos Respublika” qəzeti Heydər Əliyevin rolundan yazdı

“Sakartvelos Respublika” qəzeti Heydər Əliyevin rolundan yazdı

Diaspor

14 May 2024, 14:02

“Sakartvelos Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb.

 

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalə dərc olunub.

 

Məqalə Tbilisidə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi”nin “Milli-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində işıq üzü görüb.

 

Məqalədə Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salınıb, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqillik dövründə əlaqələrimizin daha da möhkəmləndiyi və inkişaf etdiyi qeyd olunub.

 

Bildirilir ki, gürcülərlə azərbaycanlılar arasında heç vaxt münaqişə, mübahisə, narazılıq olmaması xalqlarımızın ən böyük nailiyyətlərindəndir. Fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin dediyi kimi, Gürcüstan və Azərbaycan xalqları arasında dostluq dünyada nümunədir.

 

Qlobal neft, qaz, nəqliyyat layihələrinin əhəmiyyətindən də söz açılan məqalədə bildirilib ki, bu layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və səmimi əməkdaşlığın bəhrəsidir.

 

Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

 

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər onun öz suverenliyini, müstəqilliyini qorumaq qüdrətinin sübutu, Heydər Əliyev siyasətinin parlaq təntənəsidir.

“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bugünkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”, - deyə məqalədə vurğulanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi