Modern.az

“İsrael HaYom”: Vardanyan Qərb mediasının gözündə azadlıq döyüşçüsünə çevrilib

“İsrael HaYom”: Vardanyan Qərb mediasının gözündə azadlıq döyüşçüsünə çevrilib

Diaspor

21 May 2024, 13:46

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin populyar “Israel HaYom” qəzetində dərc olunmuş “Aclıq aksiyası keçirənlər bunun nəticələrinə qatlaşmalıdırlar” sərlövhəli məqaləsində yazıb.

 

Aclıq aksiyasından siyasi məqsədlərlə manipulyasiya vasitəsi kimi istifadə olunmasına müxtəlif misalların təhlili əsasında etiraz edən müəllif Azərbaycanda həbsdə saxlanılan erməni separatçı Ruben Vardanyanın məsələsinə də toxunub.  Məqalədə qeyd olunub ki, ailəsi onu həyatını siyasətə qurban verməməyə inandırdıqdan sonra erməni separatçı Ruben Vardanyan aclıq aksiyasını dayandırıb. Vardanyan həftələrlə yeməkdən imtina etdikdən sonra onun oğlu David Vardanyan atasının səhhəti ilə bağlı narahatlığını dilə gətirib. Azərbaycan tərəfi həmişəki qaydada humanist yanaşma nümayiş etdirərək erməni separatçıya ailəsi ilə danışmağa və həbsxanadan bir neçə bəyanat verməyə imkan yaradıb. Nəticədə Ruben Vardanyan həyat yoldaşı ilə telefon danışığından sonra aclıq aksiyasına son qoyub. Bununla müəllif aclıq aksiyası keçirənlərin sağlam düşüncə ilə hərəkət etməsində onların ailə üzvlərinin təsirinin əhəmiyyətini vurğulayıb.

 

Həmçinin diqqətə çatdırılıb ki, Vardanyanın aclıq aksiyasının hər həftəsi Azərbaycanın siyasi imicinə niyyətli şəkildə zərərə yetirilməsində maraqlı olan qüvvələrin əlində göydəndüşmə alət olub. Onun oğlundan müsahibə götürən CNN, France 24 və bir sıra digər tanınmış KİV-lər terrorizmin maliyyələşdirilməsindən qorunmağa çalışan Azərbaycan haqqında əsasları olmadan mənfi danışıblar. Aclıq aksiyasının təsiri altında olan separatçı terrorçu Vardanyan isə Qərb mediasının gözündə azadlıq döyüşçüsünə çevrilib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/2024/05/16/pro-divestment-hunger-strikers-must-face-consequences/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi