Modern.az

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Azərbaycanda

Diaspor

21 May 2024, 17:50

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti səfərin ilk günü Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər. Daha sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş  İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu, Şirvanşahlar Saray Kompleksini, Qız Qalasını ziyarət edib və ölkəmizin milli-mədəni irsi ilə yaxından tanış olublar.  Qonaqlar sənət nümunələri və milli irsimiz olan xalçaların qorunub saxlandığı Azərbaycan Milli Xalça Muzeyini,  Hərbi Qənimətlər Parkını, Heydər Əliyev Mərkəzini  də ziyarət ediblər. Qonaqlara Mərkəz haqqında ətraflı məlumat verilib.

Ələt Azad İqtisadi Zonasında, İqtisadiyyat Nazirliyində, Qarabağ Dirçəliş Fondunda  bir sıra görüşlər keçirən  nümayəndə heyəti növbəti gün Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitə rəsmiləri ilə görüş çərçivəsində xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyi və təcrübə mübadiləsinin daha səmərəli olacağı vurğulanıb  və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminlik ifadə olunub. 

Səfər çərçivəsində qonaqlar Quba rayonunda da olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırım Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi