Modern.az

Rəsulzadə İsveç Krallığında yad edildi - FOTO 

Rəsulzadə İsveç Krallığında yad edildi - FOTO 

Diaspor

21 May 2024, 18:36

Mayın 20-də Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, İsveçdəki “Qobustan” Aydınlar ocağının təşkilatçılığı ilə keçirilən yığıncaqda bu ölkədə fəliyyət göstərən müxtəlif dərnək

və icmaların təmsilçiləri ilə yanaşı Azərbaycan səfirliyinin, Diaspor komitəsinin, Stokholm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” devizi ilə keçirilən konfransı "Qobustan" cəmiyyətinin sədri , Geteburq universitetinin professoru Səadət Kərimi açıb.

 

Azərbaycanın Dövlət himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib, Prezident İlham Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında" sərəncamı oxunub. Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib.

 

Konfrans iştirakçıları BDU-nun kafedra müdiri, professor Qulu Məhərrəmlinin “Mətbuat azadlığı demokratik dəyər kimi. M.Ə.Rəsulzadənin siyasi baxışları kontekstində” adlı məruzəsini də maraqla qarşılayıblar. Hər iki alim toplantı iştirakçılarının Cümhuriyyət və Rəsulzadə ilə bağlı suallarına cavab veriblər. Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi” videosu, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” qısa filmi nümayiş etdirilib.

 

Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Nazim Rəhimov elmi yığıncağı yüksək səviyyədə təşkil edənlərə öz təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi