Modern.az

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Bakıda - FOTOLAR

Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Bakıda - FOTOLAR

Diaspor

21 May 2024, 20:59

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti ölkəmizə səfərinin ilk günü Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, nümayəndə heyəti daha sonra UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu, Şirvanşahlar Saray Kompleksini, Qız Qalasını ziyarət edib və ölkəmizin milli-mədəni irsi ilə yaxından tanış olub. Qonaqlar sənət nümunələri və milli irsimiz olan xalçaların qorunub saxlandığı Azərbaycan Milli Xalça Muzeyini, Hərbi Qənimətlər Parkını, Heydər Əliyev Mərkəzini də ziyarət ediblər. Qonaqlara Mərkəz haqqında ətraflı məlumat verilib.

 

Ələt Azad İqtisadi Zonasında, İqtisadiyyat Nazirliyində, Qarabağ Dirçəliş Fondunda bir sıra görüşlər keçirən nümayəndə heyəti növbəti gün Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitə rəsmiləri ilə görüş çərçivəsində xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyi və təcrübə mübadiləsinin daha səmərəli olacağı vurğulanıb, mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminlik ifadə olunub.

 

Səfər çərçivəsində qonaqlar Quba rayonunda da olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb, Dağ Yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbə, Dağ Yəhudilərinin Muzeyi, həmçinin “Soyqırımı Memorial Kompleksi” ilə tanış olub, mövcud tolerant mühitdən məmnunluqlarını ifadə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi