Modern.az

Buxara Yəhudiləri Konqresinin nümayəndələri Füzuli, Şuşa və Laçında olub

Buxara Yəhudiləri Konqresinin nümayəndələri Füzuli, Şuşa və Laçında olub

Diaspor

22 May 2024, 16:48

Azərbaycana səfəri çərçivəsində ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli, Şuşa və Laçında olub. Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəblə tanış olan nümayəndə heyəti daha sonra Şuşa və Laçına yola düşüblər.

 

Şuşa şəhərində hazırkı mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Qonaqlar görülən bu işləri yüksək qiymətləndirərək, işğal dövründə ermənilər tərəfindən Şuşa şəhərində törədilmiş vandalizm aktlarını pisləyiblər. Daha sonra qonaqlar Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

 

Qonaqların növbəti dayanacağı Laçın olub. Həkəri çayı üzərində yaradılmış  “Həkəri Balıqçılıq Təsərrüfatı” ilə yaxından tanışlıqdan sonra Sus kəndini gəzib, Laçının gözəl təbiətindən həzz alıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir