Modern.az

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış etdi

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış etdi

Diaspor

28 May 2024, 11:47

Kanada parlamentinin üzvü Çandra Arya parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Çandra Arya çıxışında qeyd edib ki, Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini əldə edib.

 

“Mən cümə günü Parlament binasında Azərbaycanın Müstəqillik Gününün təntənəli şəkildə qeyd olunmasına ev sahibliyi edilməsindən zövq aldım. Şənbə günü isə Parlament meydanında Azərbaycan Bayrağının qaldırılması ilə bağlı tədbirdə iştirak etdim.

 

Azərbaycan bütün müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Azərbaycan, eyni zamanda, dünyada qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biridir.

 

Bir çox millətlərin nümayəndələri, o cümlədən dini azlıqlar müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda etiqadlarını həyata keçirmək və dövlət dəstəyindən də istifadə etmək üçün bərabər hüquqlara malikdirlər.

 

Azərbaycanın coğrafi mövqeyi onun enerji istehsalçısı və tranzit qovşağı kimi böyük strateji əhəmiyyətini daha da artırır. Azərbaycanlı kanadalıların da Kanadaya davamlı töhfə verdiklərini və bunu davam etdiklərini qeyd etmək istərdim”, - deyə Çandra Arya bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi