Modern.az

Qlazqo Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub - FOTO

Qlazqo Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub - FOTO

30 May 2024, 15:08

Şotlandiyanın Qlazqo Universitetində hər il ənənəvi olaraq keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Qlazqo Azərbaycan Cəmiyyətinin üzvləri də iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qlazqo Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Yay məktəbi” çərçivəsində iki hissəli tədbir keçirilib.

 

Tədbirin birinci hissəsində Qlazqo Azərbaycan Cəmiyyətinin üzvü, Qlazqo Universitetinin tələbəsi Samirə Həsənzadə “Yay məktəbi”nin iştirakçılarına Azərbaycan dili dərsi keçib. İştirakçılara ana dilimizin və milli mədəniyyətimizin rəngarəngliyini əks etdirən video çarxlar təqdim olunub, Azərbaycanın tarixi yerləri və şanlı Zəfərimiz haqqında müxtəlif kitablar sərgilənib. Zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən stendə yaxınlaşan qonaqlar Azərbaycan xalçaçılığı, milli geyimləri və musiqisi ilə tanış olublar.

 

Tədbirin “Azərbaycan çay süfrəsi” adlı ikinci hissəsində Qlazqo Universitetinin tələbələri Samirə Həsənzadə Nərmin Əliyeva, Şəbnəm Məmmədova və Şamxal Qənizadə xarici qonaqlara çayın hazırlanması və süfrəyə təqdim edilməsi prosesi barədə ətraflı danışıb. Qonaqlara Azərbaycanda müxtəlif bitkilərdən çayın hazırlanma qaydası, milli şirniyyatlarımız – şəkərbura və paxlavanın tarixi haqqında məlumat verib, nümunələr təqdim edib. Kəlağayıya, milli qadın və kişi geyimlərimizə böyük maraq göstərilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri