Modern.az

ABŞ-də həmvətənlərimiz arasında voleybol çempionatı

ABŞ-də həmvətənlərimiz arasında voleybol çempionatı

30 May 2024, 16:36

ABŞ-nin Nyu York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimizdən ibarət həvəskar komandaların yarışdığı "Nyu York-Bruklin" voleybol çempionatı keçirilib.

 

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan idman yarışında beş komanda (Nyu Cersi, Nyu York, Pensilvaniya, Nyu York- Bruklin və Boston) iştirak edib.

 

Gərgin mübarizə şəraitində keçən voleybol yarışında "Nyu York-Bruklin" komandası birincilik əldə edib və çempion adını qazanıb. Komandanın kapitanı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənova Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası tərəfindən çempionluq diplomu təqdim olunub.

 

Assosiasiyanın sədri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançı, qaydasız döyüş növü (MMA) üzrə Avropa, ABŞ və dünya çempionu Elgün Xanoğlanlı çıxışında çempionata qatılan bütün həmvətənlərimizə təşəkkür edib. Gənc idmançı Azərbaycanın keşməkeşli müstəqillik tarixindən danışıb. O, uzaq Amerikada yaşayan azərbaycanlı gənclərin müxtəlif peşə sahələrində, eləcə də idmanda ölkələrini layiqincə təmsil etdiklərini deyib. E.Xanoğlanlı rəhbərlik etdiyi assosiasiya tərəfindən təşkil olunan idman yarışlarının yerli ictimaiyyətin diqqətini çəkdiyini və bu görüşlərin mütəmadi keçiriləcəyini bildirib.

 

Görüşdə iştirak edən idmançılar öz güclərini ipdartma yarışında da sınayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri